Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

23-09-2017, 09:31           
Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?
Səhiyyə Nazirliyi apteklərdə satılan tibbi ləvazimat - şpris, təzyiq ölçən aparat, termometrlərin Azərbaycana idxal edildiyi ölkələrin adını açıqlayıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizə şprislər əsasən Türkiyə və Çindən gətirilir.

Təzyiq ölçən aparatlar, termometrlər isə respublikaya MDB, Avropa Birliyi ölkələri və Çindən idxal edilir.

Mərkəzdən bildirilib ki, şprislərin, təzyiq ölçən aparatların, termometrlərin gətirilməsi üçün tibb vasitələrinin idxalı üçün nəzərdə tutulan sənədlərin olması tələb edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.