Usaqlar ve kitab FOTO
24-09-2017, 13:22

Sentyabr ayının 22 –sində Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin təşkilatçılığı ilə “Magic House” bağçasında “Uşaqlar və kitab” adlı tədbir keçirilmişdir. Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə başlanan layihənin məqsədi kitablara olan maraq və sevginin hələ erkən yaşdan formalaşdırılmasıdır. Tədbirdə Nəsimi rayon MKS –nin və “Magic House”bağçasının kollektivi həvəslə iştirak etmişdir. Uşaqlar üçün Azərbaycan və dünya ədəbiyyatından ibarət azərbaycan və rus dillərində kitab sərgiləri təşkil edilmiş, nağıl və kiçik hekayələr oxunmuşdur. Daha çox bədii hissədən ibarət olan bu tədbirdə azyaşlı oxucular MKS işçilərinin keçirdiyi sorğularda fəal iştirak edib, şeir deyib mahnı oxuyur, nağıllardan ibarət səhnəciklər nümayiş etdirirək kitab hədiyyəsi qazanmaq uğrunda mübarizə aparırdılar. Tədbirin sonunda Nəsimi MKS –nin direktoru Nəsibə Mehdiyeva “Magic house” bağçasının rəhbəri Şəlalə xanıma tədbirin baş tutması üçün hər cür şərait yaratdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib, Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi adından kitablar hədiyyə etmişdir.










