Cəlilabadda təcili yardım maşınları TAKSİ KİMİ İSTİFADƏ EDİLİR

25-09-2017, 19:16           
Cəlilabadda təcili yardım maşınları TAKSİ KİMİ İSTİFADƏ EDİLİR
Cəlilabad rayon sakinləri təcili tibbi yardımdan narazılıq ediblər. Gununsesi.info-nun məlumatına görə, big.az-a daxil olan müraciətlərdə bildirilir ki, rayonda təcili tibbi yardım maşınları təyinatı üzrə istifadə edilmir və çağırışlara gəlmirlər:

“Cəlilabad rayon təcili tibbi yardım mərkəzində özbaşnalıq baş alıb gedir. Tibbi yardım maşınlarından aidiyyatı üzrə istifadə olunmur.

Bu da narahatlığa səbəb olur. Müraciət vaxtı halı ağır olan xəstələrə tibbi yardım göstərilmir. Tibbi yardım maşınlarından taksi kimi istifadə edilməsinə göz yumulur. Gecə saatlarında isə mərkəz heç bir çağırışı qəbul etmir, işçilər maşınlarda yatır. Cəlilabad rayon sakinləri olaraq bu problemin yaxın zamanda həll olunacağına ümid edirik”.
Məsələ ilə bağlı sözügedən səhiyyə obyekti ilə əlaqə saxlayıb, adıçəkilən baş həkim Tərlandan mövqe öyrənməyə çalışsaq da zənglərimizə cavab verilməyib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.