Sayğacların sayı abonentlərin sayından 50 min ədəd çoxdur - SƏBƏB?

26-09-2017, 09:17           

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkədə 1 milyon 406 min abonentə xidmət göstərir. Bu barədə Trend-ə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, həmin abonentlərdən 1 milyon 50 mini, yəni 75 faizi sayğacla təmin edilib. Ümumilikdə isə 1 milyon 100 min sayğac quraşdırılıb: "Elə mənzillər var ki, onlar iki sayğac tələb edirlər. Buna görə də, quraşdırılan sayğacların sayı abonentlərin sayından 50 min çoxdur. Quraşdırılan sayğaclardan 470 mini smart kart tipli sayğaclardır".

A.Cəbrayıllı bildirib ki, ölkədə əhali üzrə abonentlərin 74,6 faizi, qeyri-əhali üzrə 85 faiz, kommersiya obyektlərinin isə 100 faizi sayğaclaşdırılıb. Büdcə təşkilatları abonentlərinin isə 6,5 faizində sayğaclaşma olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.