ATV-nin rəhbərliyinə gətirilən Azər Xəlilov kimdir?
26-09-2017, 17:12
ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
Dia.az-ın baku.ws-ə istinadən məlumatına görə, Azər Xəlilov məşhur jurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşı olub. A.Xəlilov 2013-cü ildən “CBC” (Caspian Broadcasting Company) kanalının, bundan öncə isə ATV İnternational kanalının rəhbəri kimi çalışıb. Qeyd edək ki, Azər Xəlilov keçmiş həyat yoldaşı jurnalist Sevinc Osmanqızı ilə məhkəmə çəkişməsinə görə bağlı uzun müddət mətbuatın gündəmində qalmışdı.