Rəhbərliyi dəyişən ATV-də KÜTLƏVİ İXTİSAR: - 32 nəfər işdən çıxarıldı
26-09-2017, 17:49
Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib.
Dia.az teleqraf.com-a istinadən xəbər verir ki, televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar.
ATV rəhbərliyinin Turan İbrahimova görə dəyişdirildiyi iddia olunur.
Xatırladaq ki, Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər” proqramının fəaliyyəti yenidən dayandırılıb və o vəzifədən uzaqlaşdırılıb.
Aldığımız bilgiyə görə, kanala CBC telekanalının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək.
Məlumatı dəqiqləşdirməyə çalışırıq.
*** Verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var.