Barəsində ittiham səslənən məktəb direktoru DANIŞDI
28-09-2017, 19:25

Avropa.info 27.09.2017 tarixdə bəzi KİV-lərdə “Azərbaycanda şok – Baytar məktəb direktoru təyin edildi” sərlövhəli yazı ilə bağlı İmişli Rayon Sarıxanlı kənd 1 saylı orta məktəbin direktoru Sahil Vəliyevlə əlaqə saxladı. Məktəb direktoru haqqında yayılan məlumatlara aydınlıq gətirdi. Avropa.info-nun əməkdaşı ilə söhbət zamanı Sahil Vəliyev bunları dedi:
“Mənim haqqımda bəzi KİV-də yazılıb ki, guya mənim diplomum saxtadır və mən baytar həkimiyəm. İlk növbədə qeyd etmək istəyirəm ki, mən 1993-cü ildə Təfəkkür Univrstitetinin hüquq fakultəsinə qəbul olmuşam və 1997-ci ildə həmin universtiteti bitirmişəm. 24 noyabr 2008- ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub, 06 iyul 2009-cu ildə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişəm. 2010-cu ildə İmişli Rayon Sarıxanlı kənd 1 saylı orta məktəbdə hərbi-hazırlıq müəllimi olaraq fəaliyyət göstərmişəm. 2012-ci ildə həmin məktəbin direktorun təşkilatçı müavini olmuşam və eyni zamanda Azərbaycan dili və ədəbiyyatı üzrə dərs keçmişəm. Bu il öz ərizasi ilə işdən azad olunan direktoru əvəz edirəm. ”
Yazıda qeyd edilib ki, mən guya məktəbdə kimi gəldi işə qəbul edib qanunsuz ştatlar açmışam. Bunların hamısı yalandır. Haqqımda mediaya şikayət ünvanlayan Zaur Məhərəmovun qardaşının həyat yoldaşı Ülviyyə Məhərrəmova Nazim qızı 4 ildir məktəbdə bağban olaraq işləyir və işə gəlmirdi. Yeni tədris ilindən məktəbin təsərrüfat müdiri Ülviyyə Məhərrəmovanı məktəbə çağıraraq işə gəlməyini tələb edib. Bundan sonra məktəbin bağbanı Ülviyyə Məhərrəmovanın qaynatası Məhəmməd məktəbə gələrək təsərrüfat müdiri ilə münaqişə yaradıb. Münaqişə zamanı təsərrüfat müdirinə “sən kimsən mənim mənim gəlinimin işə gəlməsini tələb edirsən?” kimi ifadələr də işlədib. Sonra da İmişli Rayon Polis Şöbəsinə şikayət edib ki, məktəbin təsərrüfat müdiri məni təhqir edib. Həmin Ülviyə Məhərrəmovanın qaynanası Fəridə Əsədova da məktəbdə fransız dili müəlliməsidir. Bu ailə məni açıq şəkildə media vasitəsilə şantaj edir ki, mən bunların məktəbdə bağban işləyən gəlinlərinin işə gəlməyib dövlətən maaş almasına göz yumum. Bu qanunsuzluqdur və mən belə hala göz yuma bilmərəm.

