İcra başçısının şəhid anasını təhqir etməsi Beyləqanda aranı qatdı: Vaqif Abdullayevdən prezidentə şikayət edildi

29-07-2015, 15:14           
İcra başçısının şəhid anasını təhqir etməsi Beyləqanda aranı qatdı: Vaqif Abdullayevdən prezidentə şikayət edildi
Beyləqan rayonunda şəhid ruhu icra baçısı tərəfindən təhqir olunub. Rayondakı mənbələrdən bu dəqiqələrdə Sonolay. org-a daxil olan məlumata görə, Füzuli rayonu Aşağı Veysəlli kəndindən məcburi köçkün düşmüş və üç şəhid vermiş Süleymanova Leyli İsrəfil qızı icra başçısı Vaqif Abdullayev və komandasının təzyiqi ilə üzləşib.
Daxil olan məlumatda bildirilir ki, dünən axşam saatlarında icra başçısı Vaqif Abdullayev bir neçə müavinin müşaiyyəti ilə şəhid ailəsi tərəfindən tikilmiş 30 kvadrat metrlik obyektə təşrif buyurub və traktorla obyektin sökülməsini əmr edib. Elə qarşıdurma da bundan sonra başlayıb.

Ətrafda olanlar şəhid ailəsinə qarşı edilən bu haqsızlığa etiraz edib və ərazidə əsl çaxnaşma yaranıb. Hadisə yerinə toplaşanların “Sizin şəhid aliəsinə qarşı belə bir addım atmağınız heç bir qanuna sığmır, məhkəmə qərarı olmadan hansısa obyektin bulduzerə verilməsi qanunlara tüpürməkdir” reaksiyasına isə cavab ənənəvi olub: “Biz kimik ki, bizə də buranı sökmək tapşırığını icra başçısı verib”.

Sonolay.org-un məlumatına görə, baş vermiş insidentlə bağlı hüquqları pozulmuş şəhid anası Süleymanova Leyli İsrəfil qızı ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciətdə vurğulanır ki, icra başçısı sərxoş vəziyyətdə əraziyə gələrək şəhid anasına qarşı kobud davranıb və ona müraciətlə “bəsdi də, şəhid adından istifadə etməyin” ifadəsini işlədib.
Əldə etdiyimiz məlumatda bildirilir ki, icra başçısı şəhid ailəsinin obyektinin yerləşdiyi ərazini yerli məmurlardan birinə satıb, onun traktorlarla həmin obyektə hücum çəkməsi də məhz bununla bağlıdır.

Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.