Lənkəran prokurorluğundan Prezidentə şikayət olundu - ŞİKAYƏT
5-10-2017, 15:04

teref.az-nun poçtuna Lənkəran prokurorluğundan şikayət məktubu daxil olub. Şikayətçi prezidentə axırıncı ümid yeri kimi müraciət edərək yazır:
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova
Ləmkəran şəh. Ü.Hacıbəyov küc ev 4 ünvanında yaşayan
Səfərova Nargilə Mirzə qızından
Müraciət
Cənab Prezident mənim həyat yoldaşım Fətullayev Nəriman Səfər oğlu günahsız həbs edilib.
Mənim həyat yoldaşım barədə 2010-cu ildə cinayət işi açılıb. Heç bir sübut dəlil olmadığı üçün Respublika Prokurorluğu tərəfindən icraata xitam verildi.
Təkrarən 2011-ci ildə yenidən cinayət işi açıldı, lakin həyat yoldaşıma qarşı heç bir sübut tapılmadığı və onun günahsız olduğu üçün yenədə icraatına xitam verildi.
2008-ci ildə baş vermiş cinayətə görə həyat yoldaşımı 2 dəfə sübutsuz dəlilsiz həbs ediblər, işgəncələrə məruz qoyublar, yoldaşım etiraz edərək özünə dəfələrlə xəsarət yetirib. Başqasının cinayətlərini kasıb olduğu üçün yoldaşımın üstünə yıxmaq istəyirdilər.
Cənab Prezident həyat yoldaşımı eyni cinayət üstündə yenidən 2017-ci ildə həbs ediblər. Həbs zamanı işgəncələrə məruz qoyublar.
Bizim 3 azyaşlı körpə uşaqlarımız var. Həyat yoldaşım Fətullayev Nəriman Səfər oğlu indi həbsdə əlil arabasında hərəkət edir. Heç bir günahı olmadan artıq necənci dəfədir ki, həbs olunur, işgəncələrə məruz qalır. Kiminsə törətdiyi cinayəti onun üstünə yıxmaq istəyirlər.
Cənab Prezident evimin yeganə çörək gətirəni həbsdə olan həyat yoldaşımdır.
Sizə həmişə səs verən sizin sadiq seçiciniz olan bir Azərbaycan vətəndaşı olaraq, 3 körpə uşaqla indi əlacsız qalmış bir ana kimi sizə, Prezidentimə müraciət edərək, sizdən kömək umuram! Cənab Prezident prokurorluq işçilərinin özbaşınalığından bizi qoruyun. Günahsız yerə həyat yoldaşımın həbs edilməsinə icazə verməyin.
Azərbaycanda siz bizim arxamızsınız və biz sizə inanırıq!
Səfərəfova Nargilə Mirzə qızı