Bakının bu rayonlarında su olmayacaq - SİYAHI

6-10-2017, 13:08           

Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış- kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.