Masallıda oğrular tüğyan edir - Qarət davam edir...

4-08-2015, 12:50           
Masallıda oğrular tüğyan edir - Qarət davam edir...
Masallı rayonunda oğurluq hadisələri total şəkil almağa başlayıb. JAM.AZ xəbər verir ki, bir qrup cinayətkar dəstə günün günorta çağı cəsarət edib, insanların evlərinə girərək, onların əmlaklarını oğrulayırlar.

Artıq Bambaşı və Yeyənkən kəndləri, habelə Boradigah qəsəbəsinin sakinləri həmin quldurların əlindən bezar olublar. Ən çox oğruluq hadisəsi isə bu kəndlərdə baş verir. Masallı rayon Polis Şöbəsi isə vəziyyəti nəzarət altına almaq və cinayətkarları yaxalamaq üçün iki həftəyə yaxındır ki, gücləndirilmiş iş rejiminə keçib. Artıq oğruluq baş verən, habelə həmin yerlərə yaxın kəndlərdə polis postları qurulub. Lakin keçirilən əməliyyat tədbirlərinə baxmayaraq, oğruluq hadisələrinin qarşısı tam alına bilməyib.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, dünən Masallının Yeyənkənd kəndində daha bir evdən qızıl və ziynət əşyaları oğrulanıb. Polis əməkdaşları hadisə yerində araşdırma aparsalar da, isti izlərlə cinayətkarların izinə düşə bilməyiblər.

Yalnız bir neçə gün əvvəl Masallı Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tərdbirləri nəticəsində oğrulardan 4-ü həbs olunub. Amma onların sayının daha çox olduğu bildirilir. Çünki həbs olunanlardan sonra oğruluq hadisələri səngiməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.