İnsanların smartfonlardan asılı hala gəldiyi bir dövrdə bütün streotipləri dağıdacaq yeni qurğu hazırlanıb. Belə ki, avstriyalı dizayner Klemens Şillinker “Substitute Phone” adlı yeni cihaz hazırlayıb. O, iddia edir ki, bu cihaz vasitəsilə insanlar smartfon asılılığından xilas ola bilərlər. “Substitute Phone” cihazın yaradıcısı deyir ki, insanlar telefonlardan praktik istifadə üçün deyil, daha çox reflex xarakterli, vərdiş kimi (saata baxmaq, düyməsini sıxmaq, göstəriş etmək) istifadə edir. Yeni cihaz isə məhz bu məqsədlə smartfon formasında hazırlanıb və plastik kütlədən ibarətdir. Cihazın alt hissəsində bir neçə daş muncuqlar yerləşdirilib. Hansı ki, bu daşlara əksər psixoloq masalarında rast gəlmək olar. Sakitləşdirici xarakterə malik daş muncuqlar insanları terapiya edəcək və onların fikrini dağıdacaq. Şillinker bu cihazı əvəzetmə terapiyası adlandırır(publika.az).