Azərbaycana çay vasitəsilə gələn “ölüm” – VİDEO

29-11-2017, 09:26           
Azərbaycana çay vasitəsilə gələn “ölüm” – VİDEO
Çay vastəsilə Ağstafaçay hidroqovşağına xeyli sayda dərman qabları axıdılıb.

lady gaga
İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı bu dəfə də belə bir təxribata əl atılıb. Mənşəyini Ermənistandan götürən Ağstafaçayın üzərində yerləşən hidroqovşaq ermənilər tərəfindən çirklənməyə məruz qalıb. Ərazidə aparılan təmizlik işləri zamanı göldən mənşəyi bilinməyən xeyli sayda zəhərli maddələrlə dolu olan qablar, suyu çirkləndirən digər əşyalar aşkarlanıb.

Bir gün öncə isə göldən ermənilər tərəfindən atılmış bir ədəd partlamamış əl qumbarası tapılıb. Sursat zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Təmizlik işləri aparan hidroqovşağın rəhbərliyi bildirdi ki, ermənilər çay vasitəsilə gölü mütəmadi çirkləndirirlər. Anbarın suyundan təsərrüfatların suvarılmasında istifadə olunur ki, həmin zəhərli maddələr də insanların həyatına ciddi təhlükə törədir.

\\Xezerxeber













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.