“Azərsu” ASC Abşeronda narazılıq yaradır – Vətəndaşın evi uçma təhlükəsi ilə ÜZ-ÜZƏ…
29-11-2017, 13:00
Abşeron rayon Xırdalan şəhər Z.Tağıyev küçəsində mənzil uçma təhlükəsi ilə üz-üzə qalıb.
Bakunews.az-ın etibarlı mənbədən əldə etdiyi məlumatda bildirilir ki, mənzilin altından keçən su boruları partlayıb.
Bununla bağlı “Azərsu” ASC-nin Abşeron şöbəsinə müraciət edib. ASC-nin əməkdaşları əraziyə baxış keçirdikdən sonra vətəndaşa bunu təmir etmək üçün avadanlıqlarının olmadığını bildiribler. İlkin olaraq ASC-nin əməkdaşları vətəndaşa 500 manat verəcəyi təqdirdə xəttin bərpasını reallaşdıra biləcəklərini qeyd ediblər.
Redaksiyamıza müraciət edən mənzil sahibi “Azərsu” ASC-nin əməkdaşlarının vətəndaşdan qanunsuz pul tələbi və şirkətin üzərinə düşən işin vətəndaş tərəfindən xərcinin çəkiləcəyi təqdirdə həll olunacağı qeyd edilir.
Rayon İcra Hakimiyyəti vətəndaşın qəzalı vəziyyətə sala biləcək məsələnin həlli ilə bağlı konkret olaraq addım atmaması isə vətəndaşı narazı salmaqdadır.