Rostropoviçin violonçeli Londonda 2,5 milyon dollara satılıb

29-11-2018, 07:43           
Rostropoviçin violonçeli Londonda 2,5 milyon dollara satılıb
İtaliyalı musiqi aləti ustasi Covanni Qvadaninin (1711-1786) hazırladığı və musiqiçi Mstislav Rostropoviçə (1927-2007) məxsus violonçel Londonda, "Sotheby's" hərrac evində satışa çıxarılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, musiqi alətinə 2,48 milyon dollar qiymət qoyularaq satılıb.

Hərrac evinin saytında bildirilir ki, bu, Rostropoviç və həyat yoldaşı Qalina Vişnevskayanın (1926-2012) kolleksiyasının ən bahalı satış predmeti olub. Məlumata görə, musiqiçi 1783-cü ildə Antonio Stradivarinin şagirdi tərəfindən hazırlanan vilonçeli 2000-ci ildə alıb. Musiqi alətini Rostropoviçin Parisdəki mənzilinə gətiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru