Azərbaycanlı idmançı rusiyalı əri ilə açıq-saçıq fotolar çəkdirdi

1-12-2018, 12:04           
Azərbaycanlı idmançı rusiyalı əri ilə açıq-saçıq fotolar çəkdirdi
Azərbaycanlı idmançı Samirə Mustafayeva həyat yoldaşı, rusiyalı biznesmen Nikolay Kondratyukla birlikdə yeni çapa hazırlanan məşhur jurnalın açıq fotosessiyasında iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mustafayeva özünün Instagram sosial şəbəkəsində məlumat verib. O, səhifəsinə həmin fotosessiyaya aid bir neçə fotoşəkil də yerləşdirib. Layihə tezliklə işıq üzü görəcək məşhur qlamur jurnal üçün çəkilib. Onlar jurnala müsahibə veriblər, öz məhəbbət tarixçələrini danışıblar və öz sevgilərini nümayiş etdirən açıq-saçıq fotosessiya ediblər.
Azərbaycanlı Samirə Mustafayeva komanda yarışlarında dəfələrlə dünya çempionatının mükafatçısı, Sankt-Peterburq çempionu, Rusiyanın idman ustası, FİG versiyası üzrə dünya səviyyəli gimnastdır. Əvvəllər Azərbaycan yığmasının, daha sonra isə Rusiya yığmasının üzvü olub. Öz karyerasını 2013-cü ildə başa vurub və hazırda Moskvada yaşayır.
Mustafayeva gələcək həyat yoldaşı ilə bir neçə il əvvəl sosial şəbəkədə tanış olub. Cütlüyün toyu payızda Fransada baş tutub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru