Özünü bakirə kimi qələmə verib ərə gedən qadınla bağlı yeni fakt: Əri evli ola-ola...

22-05-2019, 06:53           
Özünü bakirə kimi qələmə verib ərə gedən qadınla bağlı yeni fakt: Əri evli ola-ola...
Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan, atası Arifi axtaran Əfsanə ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Arif evli ola-ola Əfsanənin anası ilə münasibətdə olub.


Arifin bacısı Zenfira bildirib ki, qardaşı əsgərlikdə olarkən bir rus qadını evə gətirib: "Atam onlara toy etdi. Bu nikahdan onların bir oğlu oldu. Arifin oğlunun 40 yaşı var. Bizim Əfsanədən, ümumiyyətlə, xəbərim yox idi. Yəqin Arif Bakıya 5-10 günlüyə gələndə Əfsanənin anası ilə tanış olub. Mən, ümumiyyətlə, o ailəni tanımıram".

Zenfira qardaşının rus qadınla olan toy şəkillərini verilişə təqdim edib.

Qeyd edək ki, Əfsanənin anası özünü bakirə kimi qələmə verib Türkiyədə yenidən ailə qurub.

/// big.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru