“YouTube” uşaq məzmununu ayrı bir platformaya daşımağı planlaşdırır

21-06-2019, 07:43           
“YouTube” uşaq məzmununu ayrı bir platformaya daşımağı planlaşdırır
“YouTube” rəhbərliyi azyaşlı istifadəçiləri pis məzmunlu videoçarxlardan qorumaq üçün uşaq məzmununu ayıraraq onu ayrı bir platformaya daşımağı planlaşdırır. Bu haqda “The Wall Street Journal” qəzeti yazıb.



Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, təklif edilən yeni platforma “YouTube Kids” mobil proqramı tərəfindən idarə olunacaq. Ancaq bu, şirkət üçün kifayət qədər əlverişsiz qərardır, çünki uşaqlar sözügedən videohostinqin ən aktiv istifadəçiləri hesab olunur və baxılan reklam çarxlarından böyük gəlir qazandırırlar.



Həmçinin rəhbərlik uşaq auditoriyası üçün yeni videonun avtomatik göstərilməsi xidmətini deaktiv etmək istəyir. Şirkət bu xidmətə görə tez-tez tənqid edilir, çünki zərərsiz məzmuna baxışdan sonra təhlükəli çarxlar təklif edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru