Məşhur detektivin ailə sirləri haqda yeni film çəkilir

30-06-2019, 10:01           
Məşhur detektivin ailə sirləri haqda yeni film çəkilir
Şerlok Holmsun anası rolunu Helena Bonem Karter oynayacaq

"Supermen" filmindən hamının tanıdığı britaniyalı aktyor Henri Kavill "Enola Holms" filmində rol alıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aktyor filmdə dünyaca məşhur detektiv Şerlok Holms rolunu canlandıracaq.

Ekran əsəri Şerlokun bacısı haqqındadır. Çəkiləcək film detektiv roman yazarı, amerikalı Nensi Springerin "Enola Holmsun sirləri" əsəri əsasındadır.

Roman 2006-2010-cu illər arasında yayımlanıb. Şerlok və Maykroft Holmsların bacısı olan Enolanın da detektiv araşdırmalarına böyük həvəsi olub. Enola roluna Milli Bobbi Braun, anası roluna britaniyalı aktrisa Helena Bonem Karter dəvət alıblar.

Qeyd edək ki, adıçəkilən filmin rejissoru Qarri Bredbir, ssenari müəllifi isə Cek Torndur. Filmin çəkilişlərinə bu yay start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru