Xalq artisti Brilliant Dadaşova məhşur "Çanaqqala türküsü"nü ifa edib.

23-04-2015, 12:07           
Xalq artisti Brilliant Dadaşova məhşur "Çanaqqala türküsü"nü ifa edib.
Xalq artisti Brilliant Dadaşova məhşur "Çanaqqala türküsü"nü ifa edib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı xalq artisti türkünü "Çanaqqala zəfəri"nin 100 illiyi münasibəti ilə səsləndirib.

Müğənni musiqidə Azərbaycan dəsti xəttini əks etdirmək üçün milli muğamlarımızdan da istifadə edib.

Musiqi Brilliant xanımın dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə hazırladığı alboma daxil olacaq. Albomun digər musiqilərini ictimailəşdirməyən xalq artisti, bu musiqini sosial şəbəkələrdəki rəsmi səhifələrində "Çanakkale zəfəri"nin 100 illiyi şərəfinə paylaşıb.
[media=https://www.youtube.com/watch?v=hdURhY293ak]
"Çanaqqala türküsü" musiqi alboma daxil olacaq yeganə türk musiqisidir. Bundan başqa alboma Fikrət Əmirov, Rauf Haciyev, Emin Sabitoğlu, Ələkbər Taöıyev, Ramiz Mirişli və s bəstəkarlarımızın bəstələri daxil olacaq.

Albomun Türkiyənin öndə gedən musiqi şirkətlərinin biri tərəfindən yaxın aylarda çıxarılacağı gözlənilir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.