NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır

3-04-2025, 11:08           
NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır
NATO Qrenlandiyanın Danimarkanın tərkibində qalmalı olduğunu hesab edir və alyansın bütün Arktika ölkələrini Arktikada Rusiya və Çinə qarşı mübarizədə fəal əməkdaşlığa çağırır.

Bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Qrenlandiya Danimarkanın bir hissəsidir və belə də qalır. Amma bu, Arktikaya nəzarətlə bağlı daha geniş məsələdir və burada ABŞ də daxil olmaqla, NATO-nun bütün Arktika ölkələri Rusiya və Çinə qarşı mübarizədə fəal əməkdaşlıq etməlidirlər”, - Rutte “Danimarkaya kim nəzarət etməlidir?” sualına cavab olaraq deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru