Xalq artisti Namiq və əkizləri “qabiliyyətsiz” adlandırdı, meyxanaçının cavabı sərt oldu - Video

24-12-2019, 20:31           
Xalq artisti Namiq və əkizləri “qabiliyyətsiz” adlandırdı, meyxanaçının cavabı sərt oldu - Video
"Xəzər" telekanalında yayımlanan "5/5" verilişində qalmaqallı an yaşanıb.
Teref.az xəbər verir ki, proqramda meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olublar. İfaçılar ad günü olan aparıcı Zaur Kamaldan yaşını soruşublar.

Həmin an efirə Xalq artisti Brilliant Dadaşova zəng edib. Zaur müğənniyə "Bayaqdan Namiq, Sevil və Sevinc məndən yaşımı soruşur. Siz də yaş soruşacaqsız" sualını ünvanlayıb.

Dadaşova "Mən o qabiliyyətin sahibi deyiləm. Ayıbdır. Yaşın fərqi yoxdur, təki can sağlığı olsun" sözlərini deyib.

Onun ifaçıları qabiliyyətsiz adlandırması Qaraçuxurlunu əsəbiləşdirib. O, qarşı tərəfə "Brilliant xanımın yaş kompleksi var" sözlərini söyləyib. /axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru