“Instagram” paylaşımları evlərinin qarət olunmasına səbəb oldu - FOTO/VİDEO

12-02-2021, 06:59           
“Instagram” paylaşımları evlərinin qarət olunmasına səbəb oldu - FOTO/VİDEO
İtaliyada qurbanlarını “Instagram” hesabdan axtaran dəstə saxlanılıb.

Bu barədə “Corriere Milano” xəbər yayıb.

Bildirilir ki, zərərçəkənlər arasında məşhur aparıcı Diletta Leotta və “İnter” klubunun futbolçusu Əşrəf Hakimi də var.

İstintaqın məlumatına görə, dörd nəfərlik dəstə qurbanlarının həyat tərzini, mənzillərinin planını, pəncərələrin quruluşunu onların “Instagram”dan paylaşdığı statuslar vasitəsi ilə izləyirmiş.

Bunun sayəsində Diletta Leottaya 150 min avroluq zərər dəyib.oxu.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru