Optik illüziya şəkildəki bir adamı “sildi” - FOTO

18-02-2021, 09:20           
Optik illüziya şəkildəki bir adamı “sildi” - FOTO
“JenMsft” ləqəbli “Twitter” istifadəçisinin yaydığı fotoşəkil böyük müzakirələrə səbəb olub.

Bu barədə Lenta.ru xəbər yayıb.

Kadr təbiətdə çəkilib. Şəkildə dörd nəfərin kiçik şüşədə olan spirtli içkini bir-birinə vurduğu görünür. Ancaq kişilərdən birinin mənzərəyə uyğunlaşan kamuflyaj paltarı görüntüdə neçə nəfərin olduğu barədə çaşqınlıq yaradıb.

“Beynim bu fotoda dörd nəfərin olduğuna inanmaqdan imtina edir”, - deyə istifadəçilərdən biri yazıb.

Nəşr 160 mindən çox bəyənmə toplayıb. Şərhlərdə bir çoxları şəkildəki insanların hamısını dərhal görmədiklərini etiraf edirlər.

Bəziləri bunu maskalamağın işə yaradığını və insanın görmə qabiliyyətini aldada biləcəyinin sübutu hesab edirdilər.

“İlk dəfə kamuflyajın həqiqətən işə yaradığını gördüm”, - deyə başqa bir istifadəçi yazıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru