Repçi 24 milyonluq brilyantı alnına implant etdirib - Səbəb isə...

19-02-2021, 08:57           
Repçi 24 milyonluq brilyantı alnına implant etdirib -
Amerikalı repçi Lil Uzi Vert bir müddət əvvəl 24 milyon dollara aldığı çəhrayı brilyant qaşla gündəmə gəlmişdi.

Teref.az xəbər verir ki, 26 yaşlı repçi 11 əyyarlıq bahalı qaşı almaq üçün bir çox mülkünü və avtomobilini satmalı olduğunu bildirmişdi.

Sözügedən qaşı alnının ortasına implant etdirən sənətçi bunun səbəbini İnstaqram hesabında açıqlayıb. O bildirib ki, bu addımı brilyantın itməməsi və oğurlanmaması üçün atıb:

"Üzüyün üstündə 24 milyon dollarlıq qaş gəzdirmək axmaq fikirdir. Özümü tanıyıram. Bəzən qeyri-adi yerlərdə yuxudan ayılıram".

Qeyd edək ki, repçi dəyəri 40 milyon 800 min manat olan brilyantı 2017-ci ildə görmüşdü. Lil Uzi Vert ona sahib olmaq üçün uzun müddət pul yığıb və bir neçə əmlakını satıb. İmplantı isə zərgər Elliot Eliantte edib. //Axşam.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.