Məşhur aktyor Monika Belluçidən olan qızının son şəklinə münasibət bildirdi - FOTO

19-02-2021, 09:01           
Məşhur aktyor Monika Belluçidən olan qızının son şəklinə münasibət bildirdi - FOTO
54 yaşlı fransalı aktyor Vensan Kasel qızı Deva ilə qürur duyduğunu bildirib.

Qeyd edək ki, anası Monika Belluçinin izi ilə gedən 16 yaşlı qız moda dünyasını fəth etməyə davam edir. Gənc model “Harpers Bazaar”ın ispan versiyasının yeni nömrəsi üçün çəkilişlərdə iştirak edib.

Onun bu işi pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib. Bir çoxları onun moda dünyasında bir çox ulduzları geridə qoyacağına əminliklərini bildiriblər.

“Gözəl və incə”, “Bir azdan başqa modellərin varlığını unudacağıq”, “Çox qeyri-adi çəkilib, əla görünürsən”, “Gənc qızdan seksual obyekt edilməməsi gözəldir”, - kimi şərhlər yazılıb.

Vensan da öz şərhini yazıb. Aktyor bunu çox nadir hallarda edir, ona görə dərhal diqqət çəkib. O, öz qızı ilə fəxr etdiyini göstərmək üçün “Devaaa, sən alovsan”, - deyə yazıb.oxu













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.