Ermənilərin azərbaycanlılarla birgə konserti- Şuşanın işğal günündə

1-05-2015, 21:26           

Mayın 8-də-Şuşa şəhərinin ermənilər tərəfindən işğal edildiyi gündə Belarusun paytaxtı Minskin ən elit və bahalı klubu olan “Dozari” gecə klubunda “Kaspian qruz” adlı musiqi qrupunun konserti təyin edilib.


“Qafqazinfo”nun afisha.tut.by saytına istinadən məlumatına görə, konsertin təşkilatçısı və aparıcısı Edvard Tunyan tədbirlə bağlı geniş piar kampaniyası həyata keçirərək, bu işdə sosial şəbəkələrin imkanlarından da geniş yararlanıb.

E.Tunyan qatı erməni millətçisi kimi “erməni soyqırımı”nın təbliği, Azərbaycana qarşı “qara piar” kampaniyasının təşkili işinə böyük əmək və vəsait sərf edir.

Maraqlıdır ki, həmin gecə klubunda konserti təşkil olunacaq “Kaspian qruz” qrupunun solistləri Anar Zeynalov və Timur Odelbekov adlı azərbaycanlı gənclərdir. İnternet saytlarında onların hər ikisinin Bakının Əhmədli qəsəbəsindən olduğu qeyd edilir.

Yayılan məlumatlara görə, E.Tunyanın solistləri azərbaycanlı olan “Kaspian qruz” musiqi qrupunun konsertini məhz mayın 8-də təşkil etməklə iki hədəfi birdən vurmaq istəyir.

Azərbaycanlıların isə bu prosesdə hansı məntiqlə iştirakı təəccüb doğurur. Eyni zamanda da sözügedən məsələ müvafiq qurumlar tərəfindən araşdırma tələb edən mövzudur.
Ermənilərin azərbaycanlılarla birgə konserti- Şuşanın işğal günündə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.