Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyunlarının Yaz seriyasının qalibi oldu

19-04-2021, 06:08           
Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyunlarının Yaz seriyasının qalibi oldu
Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Yaz seriyasının final görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.

Oyun 6:5 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.

Bu oyunda “Büllur bayquş”un sahibi isə Denis Qaliakberov olub.

Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.

Zaur Xudiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.