Müğənni Tacir Şahmalıoğlu "Səbəbkar" verilişi ilə birlikdə ağır vəziyyətdə yaşayan ifaçı Elmira Əliyevanın evində qonaq olub.
Axşam.az-ın məlumatına görə, sənətçi E.Əliyevanın yaşayış tərzini görüb, göz yaşlarını saxlaya bilməyib.
O, bacardığı qədər müğənniyə yardım edəcəyini bildirib:
"İndi ağır vəziyyətdir. Ailəmi ayaqda saxlamağa çalışıram. Əgər imkanım olsaydı Elmira xanıma ev alıb verərdim. O, bu vəziyyətdə yaşamalı sənətkar deyil. Onun bu şəraitdə yaşamasını gözləmirdim. Ayda bir-iki dəfə ona bacardığım qədər kömək edəcəm. Vicdanlı insanlara səslənirəm: əlinizdən nə gəlirsə, Elmira xanıma kömək edin". [media=https://www.youtube.com/watch?v=RnK-4rIuz18]