Pol Makkartni “Bitlz”ın dağılmasının səbəbkarını açıqlayıb
12-10-2021, 11:59
Britaniyanın əfsanəvi rok-qrupu “Bitlz”ın keçmiş üzvü Pol Makkartni kollektivin dağılmasında günahkar olan şəxsin adını açıqlayıb.
Musiqiçi BBC-yə verdiyi müsahibədə həmkarı Con Lennonun Liverpul dördlüyünün parçalanmasına bais olduğunu bildirib.
79 yaşlı Makkartninin sözlərinə görə, məhz Con günlərində birində qrupu tərk etdiyini bəyan edib və bundan sonra musiqi kollektivi öz fəaliyyətini dayandırıb.