12 yaşlı amerikalı kriptovalyuta hərracında satdığı əsərlərindən 1,6 milyon dollar qazandı

10-12-2021, 09:38           
12 yaşlı amerikalı kriptovalyuta hərracında satdığı əsərlərindən 1,6 milyon dollar qazandı
Dörd yaşında rəsm çəkməyi öyrənən Nila Heys 12 yaşında artıq milyonçu olub. Belə ki, o çəkdiyi uzun boyunlu qadın portretləri silsiləsini NFT olaraq sataraq 1,6 milyon dollar (2,7 milyon manat) qazanıb.

Nila uşq vaxtlarından dinozavrlar haqqında verilişlərə baxmağı çox sevib. Ən çox isə uzun boyunlu nəhəng kərtənkələ Brontosaurusu xoşlayıb.

Məhz bu hal ona “Long Neckie Ladies” adlı uzun boyunlu qadınlar silsiləsindən portretlər seriyasını yaratmağa ilham verib. Qız bu seriyadan ilk əsərlərini doqquz yaşında smartfondakı tətbiqdə çəkməyə başlayıb.

Nilaya görə uzun və güclü boyun qadınların gücünü simvollaşdırır.



“Mən əsərlərimdə qadınların nə qədər gözəl və güclü ola biləcəyini göstərmək istəyirəm. Mədəniyyət və mənşə fərqi yoxdur, bütün qadınlar gözəldir”, - deyə rəssam bildirib.

İlk kolleksiya mart ayında çıxıb və 75 portretdən ibarət olub, onlardan 51-i artıq satılıb. Yayda Nila layihənin ikinci hissəsini – “Long Neckie Ladies”i buraxıb. Buraya daxil olan 3333 rəsm bir neçə saat ərzində satılıb.



Hazırda isə kolleksiyanın kişi versiyası olan “Long Neckie Fellas” artıq satışdadır. Üç mindən çox təsvirdə uzun boyunlu kişilər təsvir edilib.



Nila Hayes ilk satışlardan 1,6 milyon dollar rəqəmsal valyuta ETH qazandı. Ümumilikdə qızlın rəsmləri 5,8 milyon (9.8 milyon manat) gəlir əldə edib.

Nila pulları səyahətə xərcləməyi planlaşdırır, o məhz bu şəkildə yeni kolleksiyaları üçün ilham almaq istəyir. Yeniyetmə K-pop fanatı olduğu üçün ilk səfərini Cənubi Koreyaya etmək istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.