Amerikalı pop müğənni Billi Ayliş seksual geyimlərdən imtina edib, həmçinin saç rəngini yenidən dəyişib.
Məşhur müğənni “NBC Studios” səsyazma studiyasından çıxarkən Nyu-York küçələrində paparazilərin kameralarına tuş gəlib. Kadrlardan görünür ki, müğənni oversayz-idman geyimində yenildən “torba” geyimlərə qayıdıb.
Bundan əlavə, Ayliş yenidən saçlarını tündləşdirib, onun üzündə makiyaj olmayıb və o, heç bir aksesuardan istifadə etməyib.
Xatırladaq ki, mart ayında Billi Ayliş məşhur saç düzümündə radikal dəyişiklik edərək pərəstişkarlarını təəccübləndirmişdi. Mənbə: Daily Mail