Azərbaycanlı gözəl yarımfinalda podiuma çıxdı - VİDEO

13-12-2021, 11:55           
Azərbaycanlı gözəl yarımfinalda podiuma çıxdı - VİDEO
"Miss Universe -2021" 70-ci Beynəlxalq Gözəllik Müsabiqəsinin finalı dekabrın 12-də İsrailin Eylat şəhərində keçiriləcək.

Teref.az Olay-a istinadən xəbər verir ki, müsabiqənin yarımfinalında ənənəvi olaraq iştirakçılar milli, gecə, eləcə də çimərlik geyimində podiuma çıxıblar.

Rusiyanı təmsil edən, əslən azərbaycanlı gözəl Ralina Ərəbova Kazan kraliçalarının libasları əsasında hazırlanmış tatar geyimini nümayiş etdirib.

Qeyd edək ki, müsabiqədə iştirak edən 80-ə yaxın iştirakçıdan yalnız 16-sı finala yüksələcək ki, bu da münsiflər heyətinin və tamaşaçıların səsverməsi ilə müəyyənləşəcək. Nəticələr final günü elan olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.