“Baxmayaraq ki, imkanım var, amma onu almaq olmur” - Emin

13-12-2021, 13:36           
“Baxmayaraq ki, imkanım var, amma onu almaq olmur” - Emin
Rusiyanın Moskva şəhərində yerləşən Kreml sarayında 26-cı “Qızıl qrammofon” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mükafatlandırılanların arasında Azərbaycanın Xalq artisti Emin Ağalarov da olub. O, mükafatı “Otpusti i leti” mahnısına görə layiq görülüb. Bu, Ağalarovun sayca üçüncü “Qızıl qrammofon”u olub.

“Çox qiymətli, dəyərli mükafatdır. Təəssüf ki, onu almaq olmur. Baxmayaraq ki, imkanım var, amma onu satmırlar”, - Emin deyib.

Ağalarov, həmçinin ona mükafat qazandıran “Otpusti i leti” mahnısının müəllifi Konstantin Nonikova təşəkkürünü bildirib: “Bu mükafatı onunla bölüşürəm”.

Videonu buradan izləyə bilərsiniz













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.