Meksikada müğənni güllələndi - FOTO 17-12-2021, 00:06 Meksikalı aktrisa və müğənni Tania Mendoza qətlə yetirilib.CNN xəbər verir ki, 42 yaşlı sənətçi Meksikanın cənubundakı Kuernavaka şəhərində küçədə güllələnib. Şahidlərin sözlərinə görə, T.Mendozaya hücum 11 yaşlı oğlunu futbol məşqində iştirak etdiyi stadionun yaxınlığında gözlədiyi anda həyata keçirilib.İki naməlum şəxs motosikletlə stadionun girişinə gəlib, onlardan biri sənətçiyə atəş açıb.Qeyd edək ki, T.Mendosa "Netflix"də yayımlanan "Cənubun kraliçası" serialı ilə məşhurlaşmışdı. Facebook-da paylaş