“Global Photo Stock”un əməkdaşı Hindistan foto klubunun “Fəxri üzvü” adına layiq görülüb - FOTO
4-01-2022, 08:07
Ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə və sərgilərdə iştirak etmələrinə dəstək vermək və Azərbaycanı dünyada fotolar vasitəsi ilə tanıtmaq məqsədilə Gilavar Foto Klubu tərəfindən bu istiqamətdə davamlı olaraq addımlar atılır.
Klub tərəfindən beynəlxalq foto təşkilatlar, xarici foto klublar ilə əlaqələr qurulur, birgə foto layihələr keçirilir.
Xarici foto klublarla əldə olunan razışmalar çərçivəsində üç azərbaycanlı fotoqraf beynəlxalq fəxri adlar əldə edib.
Belə ki, “Global Photo Stock”un əməkdaşı Allahkərim Abbasov Hindistanın Green Go foto klubunun “Fəxri üzv”ü (Hororary Fellowship) adına layiq görülüb.
Qeyd edək ki, fotoqraf Allahkərim Abbasov eyni zamanda dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı olan Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının fəxri adına malikdir və beynəlxalq foto müsabiqələrdə münsif qismində çıxış edir.