Robert De Nironun 6 milyon dolları oğurlandı

6-01-2022, 00:00           
Robert De Nironun 6 milyon dolları oğurlandı
78 yaşlı aktyor Robert De Niro keçmiş köməkçisi Qrem Çeyz Robinsonu məhkəməyə verib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor iddia edir ki, keçmiş köməkçisi ondan və şirkətindən 6 milyon dollar məbləğ oğurlayıb.
Zərərçəkən köməkçi xanım Robinson bu ittihamı rədd edərək 12 milyon dollar qarşılığında yeni iddia qaldırıb - o, aktyoru emosional zorakılıqda, seksual şərhlər yaymaqda və onu arzuolunmaz fiziki təmasda olmağa məcbur etməkdə ittiham edib. Eyni zamanda qadın şirkətin kredit kartlarından istifadə etdiyini inkar edib, həmçinin bu alış-verişi edənin özünün olması faktını şübhə altına alıb. O, iddiasına 2012-ci ildəki səsli mesajı əlavə edib, burada De Niro onu "korlanmış uşaq" adlandıraraq hədələyibmiş.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.