Braziliyanın San-Paulu şəhər hakimiyyəti koronavirusun yeni ştammının yayılması ilə əlaqədar bu il martın 1-nə təsadüf edən karnaval çərçivəsində küçə şənliklərini keçirməmək qərarına gəlib.
Bu barədə meriyanın mətbuat xidməti məlumat yayıb.
San-Pauludakı Anembi Sambodromunda keçirilən peşəkar samba məktəblərinin ənənəvi paradına gəlincə, hakimiyyət onları ləğv etməyi planlaşdırmır.
Qeyd edək ki, artıq Braziliyanın bir çox şəhərləri, o cümlədən də Rio-de-Janeyro 2022-ci ildə fevralın sonu - martın əvvəlinə təsadüf edəcək ənənəvi karnaval şənliklərini ləğv edib.