"Onların yerinə xəcalət çəkirəm"

8-01-2022, 11:12           
"Onların yerinə xəcalət çəkirəm"
Əməkdar artist Mətanət İsgəndərli "Tam vaxtıdır" verilişində qonaq olarkən radioları tənqid edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, mahnılarının səsləndirilməməsindən gileylənib. İsgəndərlinin sözlərinə görə, radiolarda yalnız 4-5 müğənninin mahnısı yayımlanır:

"Elə bil Azərbaycanda bunlardan başqa müğənni yoxdur. Arada da muğam oxuyanları verirlər. Deyirəm ki, mahnı yazdırmayım. Amma sənət eşqidir, dayana bilmirəm. Yeddi yüz mahnı var, aranjımanlara ətək-ətək pullar tökmüşəm. Lakin radiolar vermirlər. Bir də görürsən elə gic-gic mahnılar səsləndirilir ki... Biabırçılıqdır. Mən onların yerinə xəcalət çəkirəm. Gör necə bəstəkarların adını çəkdim. Bütün mahnılarım "evdə yatır"".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.