Əməkdar artist Elza Seyidcahan “Solo” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni onun şeirlərini ələ salanlardan danışıb:
“Bu məni əsəbiləşdirmir. İnsanlara pozitivlik verirəm. Mənim şeirimi oxuyanlar ağlamır ki... Gülürlər, C vitaminləri artır, şəkər xəstəliyinə tutulmurlar. Şeirlərimdən ibarət kitab hazırlanır. Bu kitab Azərbaycan dili ilə yanaşı rus və ingilis dilində də tərcümə olunur. Bu kitabı çıxarmağa məcburam. Beləcə, adımdan yayılan saxta şeirlərin qarşısını alacam".
E.Seyidcahan onun adından sosial şəbəkədə yayılan şeirlərdən də danışıb: “Bu yaxınlarda Roma Papasına və dollara aid şeir yayılıb. Guya mən yazmışam. Bunu isə bəzi saytlar məndən soruşmadan yazı ediblər. Onları məhkəməyə vermişəm. Baş Prokurorluğa şikayət etmişəm. Mənə qarşı bu addımı atanları bağışlamayacam. Təzminat alacam. O, pulu isə imkanı olmayanlara xərcləyəcəm. Elə jurnalist və vəkil var ki, 30 manatlıq telefon işlədir. İstədiyini almağa pulu yoxdur. Həmin insanlara telefon alacam”