Ozan Güven jurnalistlərə əsəbiləşdi: “Kameranı söndürün, kişi kimi danışaq” - FOTO

20-07-2022, 10:34           
Ozan Güven jurnalistlərə əsəbiləşdi: “Kameranı söndürün, kişi kimi danışaq” - FOTO
Türkiyənin məşhur aktyoru Ozan Güven Bodrum tətilində sevgilisi ilə görüntülənib.

Daha əvvəl də jurnalistlərlə dəfələrlə mübahisə edən aktyor yenə sərt reaksiya verib.

Keçən il sevgilisi Deniz Bulutsuz ilə arasında yaşanan fiziki zorakılıqla gündəmdən düşməyən Ozan uzun müddət gözdən uzaq gəzdikdən sonra ötən gün Bodrumda kameralara yaxalanıb.

Ortakentdə çimərlikdə sevgilisi ilə gəzən Güvən fotolarının çəkildiyini anladıqda əsəbiləşib.

Dostunun “Ozan getmə” deməsinə baxmayaraq, aktyor jurnalistlərin yanına gəlib və “gedin buradan, insanlar narahat olur” deyib.

Jurnalistlər isə sadəcə işlərini gördüklərini və ondan başqa heç kimi çəkmədiklərini bildiriblər.

Aktyor əsəbiləşərək “kameranı söndürün, kişi kimi danışaq!”, - deyə etiraz edib.



Mənbə: Hürriyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru