Dəniz Səkiyə hökm oxuyan hakim `Gülənçi`çıxdı

20-07-2016, 19:16           
Dəniz Səkiyə hökm oxuyan hakim `Gülənçi`çıxdı
Məşhur türkiyəli müğənni Dəniz Səkini həbs etdirən hakim və vəkillər polis tərəfindən saxlanılıb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə hərbi çevrilişə cəhd əməliyyatlarında saxlanılanlar arasında müğənni Deniz Sekiyə hökm oxuyan hakim də tutulub.

Müğənninin həbsinə qərar verən hakim və vəkillərin Fətullah Gülənə bağlı olduğu bildirilir.

Müğənninin qardaşları Sərdar və Sərkan Səki bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşırlar. Qeyd olunub ki, cinayət işi ilə bağlı istintaqı həyata keçirən Bilal Bayraktar, hökm çıxaran Osman Kaya və Əşrəf Aksu, vəkillər Sədrəddin Sarıkaya polis tərəfindən saxlanılıb.

“Bunlar bizim ömrümüzdən səkkiz il oğurladılar. İlahi ədalət nəhayət, öz yerini tapdı”,- deyə müğənninin qardaşları vurğulayıblar.

Xatırladaq ki, D.Səki Narkotik maddələrin istifadəsi və yayılmasına görə həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.