"Evdə tək" filminin aktyorunun çənəsi xərçəng səbəbiylə ÇIXARILACAQ
9-12-2023, 09:24
“Evdə tək” filmindəki Şaxta baba obrazı ilə tanınan amerikalı aktyor Ken Hudson Kempbell çənəsinin bir hissəsini çıxarmaq üçün əməliyyat keçirməli, sonra isə onu rekonstruksiya etməli olacaq.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə aktyor və ailə üzvləri məlumat veriblər.
Oktyabrın 27-də həkimlər 61 yaşlı Kempbellin ağız xərçəngi olduğunu aşkar ediblər. Şişin böyüməsini dayandırmaq üçün həkimlər 10 saatlıq əməliyyat keçirmək qərarına gəliblər, bu əməliyyat zamanı limfa sisteminin bir hissəsi, çənənin böyük hissəsi, həmçinin çənənin sümükləri çıxarılıb.
Kempbellin ailə üzvlərinin sözlərinə görə, əməliyyatdan sonra o, şüa terapiyası, uzunmüddətli reabilitasiya, kimyaterapiya kursu keçəcək. Bundan əlavə, çox güman ki, aktyorun nitqini bərpa etmək üçün fiziki müalicəyə və loqopedin köməyinə ehtiyac olacaq.