Alla Puqaçovanın yeni istedadı üzə çıxıb

9-12-2023, 12:14           
Alla Puqaçovanın yeni istedadı üzə çıxıb
Rusiya estradasının primadonnası Alla Puqaçovanın yeni istedadı üzə çıxıb.

Məlumata görə, 30 il primadonna ilə işləmiş gitaraçı Aleksandr Levşin ifaçının gözlənilməz istedadını açıqlayıb.

Onun sözlərinə görə, ifaçı həmişə gözəl rəsm çəkib, təsviri sənətə meyilli olsa da, nədənsə istedadını üzə çıxarmamağa üstünlük verib.
“Alla gözəl çəkir. Pərəstişkarları yəqin ki, onun vallarının görünüşünü xatırlayırlar. Belə ki, valların üz qabığındakı “Qulliver” şəklini Alla özü çəkib. Onun daha çox yaxşı rəsmləri var idi. Bilmirəm, nədənsə o, bir dəfə də olsun fərdi sərgisini təşkil etməyib”, - deyə musiqiçi bildirib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru