600-dən çox filmdə rol alan hindistanlı aktrisa Lilavati vəfat etdi - FOTO

9-12-2023, 13:09           
600-dən çox filmdə rol alan hindistanlı aktrisa Lilavati vəfat etdi - FOTO
Lilavati kimi tanınan hind aktrisası Lila Kiran 86 yaşında dünyasını dəyişib.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Verilən məlumata görə, Lilavatinin ölümünə yaşla bağlı xəstəliklər səbəb olub.

Qeyd olunur ki, aktrisa karyerası ərzində 600-dən çox filmdə rol alıb.

Hindistanın Baş naziri Narendra Modi Lilivatinin vəfatı ilə bağlı başsağlığı verib. Modi onu kino ikonası adlandırıb.
“Əfsanəvi kino ulduzu Lilavatinin vəfatını eşitmək məni çox kədərləndirir. Kino sənətinin əsl simvolu olan aktrisa bir neçə filmdə çoxşaxəli ifaları ilə ekranı bəzəyib. Onun müxtəlif rolları və diqqətəlayiq istedadı həmişə xatırlanacaq və bizləri heyran edəcək”, - deyə Modi öz “X” (keçmiş “Twitter”) hesabında yazıb.




Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru