“Sən yad adamsan, o evdə nə işin var?!” – Mətanətdən gəlininə - VİDEO
12-12-2023, 11:07
Əməkdar artist Mətanət İsgəndərli eks-gəlini Cananaya növbəti dəfə müraciət edib.
Bu haqda o, “Space Star” verilişinə danışıb.
Müğənni keçmiş gəlini ilə aralarında yaşanan son qalmaqala aydınlıq gətirib:
“Heç onun uşaqlarından xəbəri var ki?! Video çəkib qurma bir şey paylaşıb. Özü qapıda dayanıb, yeni gəlin qapını açmaz axı. O evdə başqa bir ailə var, sən ayrılmısan, artıq yad adamsan, orada nə işin var?!
Özü şou yaradır. Həmişə uşaqlardan silah kimi istifadə edir. Uşağın xəbəri yoxdur arxadan anası onu gizlin çəkir. Belə ana olar?! Öz reklamı üçün uşağından istifadə edir. Uşağa travma yaşadır. Deyir, qızım xəstədir, onun heç uşaqlarından xəbəri var? Uşaqlara mən baxıram, o, analıq etmir. Uşaqlar ona ancaq çəkiliş üçün, reklam üçün lazımdır. Gəlir, onları belə şeylər üçün istifadə edir.
Əlbəttə, icazə vermərəm bizə gəlsin. Uşaqlarına baxmaq istəyir, gəlsin, aparsın, harada istəyir baxsın. Sən artıq yad adamsan, mənim evimdə nə işin var?! Bu normaldır?!”
Xatırladaq ki, bir neçə gün öncə Canananın keçmiş ərinin yeni xanımının övladlarını evə buraxmadığı ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı görüntülər müzakirə obyektinə çevrilmişdi.