Azərbaycanlı aktrisa Hollivud aktyoru ilə eyni filmdə rol alacaq - FOTO

12-12-2023, 12:54           
Azərbaycanlı aktrisa Hollivud aktyoru ilə eyni filmdə rol alacaq - FOTO
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Aysel Nazim “Çingene kızı” filminə çəkilir.

OLAY yazır ki, o, ekran işində “Zeugma” mozaika muzeyinin müdiri istanbullu Esra rolunu canlandırır.

Filmdə Amerikadan gətirilən, dünyaca məşhur “Çingene kızı” mozaikası ilə bağlı yaşanan hadisələr canlandırılıb.

Komediya janrında olan filmin çəkilişlərinin çoxu Qaziantepdə, bir qismi isə İstanbulda baş tutub.
Digər baş rol ifaçısı tanınmış türkiyəli aktyor İnan Ulaş Torundur. Ekran işində, həmçinin Hollivud aktyoru Nikolas Feysi rol alıb. Filmin rejissoru Kamil Çetindir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru