Məşhur aktrisa danq qızdırmasına yoluxub

12-12-2023, 13:04           
Məşhur aktrisa danq qızdırmasına yoluxub
Rusiyalı aktrisa İrina Bezrukova Taylanddakı son tətili zamanı ağır xəstələnib, danq qızdırmasına yoluxub.

32gun.az xəbər verir ki, özü bu barədə sosial şəbəkədə paylaşım edib.

Qadın yeyib-içməkdə çətinlik çəkib. O, bir həftə yataqda qalıb.

Bununla belə, ölkədəki tətilinin ilk günləri onun üçün daha yaxşı keçib və o, Tailandla bağlı təəssüratlarını bölüşüb. İrina yağışlar zamanı bu ölkəni bəyəndiyini qeyd edib.

Son bir həftədə aktrisanın vəziyyəti pisləşib və o, hərarətinin 39,5 dərəcəyə yüksəldiyini bildirib. Xəstəliyə qalib gəlmək üçün İrina çoxlu maye, o cümlədən meyvə içkiləri və hindistan cevizi suyu içməyə çalışıb. Həmçinin immunomodulyatorlar qəbul edib.

O, təhlükəli xəstəliklə mübarizədə ona kömək edən yerli sakinlərə minnətdarlığını bildirib. Bloqunda teleaparıcı onu hansı gözəl insanların əhatə etdiyini və bütün dəstəyə görə onlara necə minnətdar olduğunu yazıb.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə rast gəlinən danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir. Yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında yoluxmaların sayı artır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru