Türkiyədə satanizm və paqanizmi təbliğ etdiyi iddiası ilə bağlanan layihə İCTİMAİ TV-də - VİDEO

12-12-2023, 13:08           
Türkiyədə satanizm və paqanizmi təbliğ etdiyi iddiası ilə bağlanan layihə İCTİMAİ TV-də - VİDEO
Dünyada maraqla izlənilən “Maska” şousunun Azərbaycan versiyası hazırlanıb.

32gun.az xəbər verir ki, verilişin ilk buraxılışı dünən axşam İctimai TV-də yayımlanıb.

Müsabiqənin münsifləri Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayevadır.

Şouda maska geyinən məşhurlar səhnəyə çıxıb, münsiflər isə onların kimliyini tapmağa çalışıblar. Müsabiqəni ilk tərk edən isə Xalq artisti Gülyanaq Məmmədova olub. Belə ki, münsiflər maskanın altında gizlənən məşhurun kimliyini asanlıqla tapa biliblər.

***

Xatırladaq ki, qardaş ölkə Türkiyədə ötən il bu layihə "Maske Kimsin Sen?" adı ilə cəmi 12 bölüm yayınlanmışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən layihə ilə bağlı sənəd imzalamışdı.

Vurğulanıb ki, konstitusiyada yer alan qanunlara əsasən, sanksiyalar tətbiq olunması barədə qurumlara göstəriş verilsin.

Müsabiqənin satanizm və paqanizmi təbliğ etdiyi iddia edilmiş, sosial şəbəkələrdə kampaniya aparılmışdı.

Proqram barədə Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq yoxlama başladığını bildirmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru