"Zara"nın “kəfənli” reklamına sərt reaksiya: Nəyə işarə ediblər?

12-12-2023, 17:26           
"Zara"nın “kəfənli” reklamına sərt reaksiya: Nəyə işarə ediblər?
Geyim markası “Zara”nın son reklam kampaniyasının görüntüləri hiddətə səbəb olub. İstifadəçilər kampaniya fotolarının onlara Qəzzadakı qətliamı xatırlatdığını bildiriblər və markanı boykot etməyə çağırıblar.

İspaniya mənşəli hazır geyim markası “Zara”nın kəfən və xarabalığa bənzər elementləri ehtiva edən yeni kampaniyasının görüntüləri "Qəzzadakı dağıntıları ələ saldığı" səbəbiylə böyük reaksiyaya səbəb olub.

Markanın bütün sosial media platformalarında yayımlanan 'Zara Atelier' kolleksiyasının kampaniya görüntülərində model dağıntılar arasında kəfənə bənzər ağ parçalara bükülmüş cansız manikenlər arasında poza verir. Bir çox sosial media istifadəçisi görüntülərin Qəzzada baş verən dağıntıları və ölümləri narahatedici şəkildə xatırlatdığını bildirərək markanı boykot edəcəklərini bildirib.
Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru